Danimarka Ukraynaya yeni 150 milyon dollarlıq hərbi yardım edəcək

15:20 - 15 Mart 2023 - DÜNYA

Danimarka Ukraynaya 1 milyard kron (150 milyon dollar) dəyərində yeni hərbi yardım paketi göndərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, parlamentin əksər üzvləri onu dəstəkləyiblər.

Təqdim olunan paketə Ukrayna tərəfinin tələb etdiyi silah və sursatlar daxil olacaq. Bunlar atıcı silahlar, ağır pulemyotlar, tank əleyhinə minalar və zenit raketləridir.

Danimarka Müdafiə Nazirliyi mümkün qədər tez həyata keçirilə bilməsi üçün tədarükün formalaşmasına artıq başlayıb.

Xəbər xətti