Peskov ABŞ-ın vurulan PUA-sı ilə bağlı insidenti şərh edib

14:57 - 15 Mart 2023 - DÜNYA

Vurulan Amerika pilotsuz təyyarəsində ən yüksək səviyyədə əlaqə olmayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə məlumat verib. Peskov vurulan ABŞ pilotsuz təyyarəsi ilə bağlı yüksək səviyyəli təmasların olmadığını deyib.

Onun sözlərinə görə, hadisə barədə Vladimir Putinə məlumat verilib.

Bundan əvvəl Fighterbomber Telegram kanalı Rusiyanın Su-27 qırıcısının pilotunun ABŞ-ın MQ-9 pilotsuz təyyarəsinin uçuşunu necə müşahidə etdiyini əks etdirən video yayımlayıb.

Xəbər xətti