Türkiyə hakimiyyəti fevralın 6-da baş vermiş zəlzələdən zərər çəkmiş əhaliyə 319 min yeni tikilmiş evi təhvil verməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.
"Biz dağıdılmış şəhərləri bir il ərzində yenidən tikəcəyimizə söz vermişik. Tezliklə dəymiş ziyanın hesablanmasını başa çatdıracağıq. Bir il ərzində 319 min evi qanuni sakinlərə təhvil verməyi planlaşdırırıq, ümumilikdə isə 650 min ev tikəcəyik", - o deyib.