Dünən axşamdan etibarən Şanlıurfada güclü yağışın yağması nəticəsində güclü sel gəlib və avtomobillər suda qalıb.
Ucnoqta.az xəbər verir ki, dünən axşamdan şəhərə yağan leysan səbəbindən mərkəzi Eyyübiye, Haliliye və Karaköprü vilayətlərinin bir çox küçə və yolları su altında qalıb. Həmçinin, güclü sel nəticəsində 5 nəfər ölüb, itkin düşənlər var
Əraziyə yönləndirilmiş dalğıclar ehtiyat axtarış əməliyyatına başlayıb.
Daşqınlar səbəbindən bəzi alt keçidlərdə və əsas yollarda nəqliyyatın hərəkəti çətinləşib.
Şəhərin əsas küçə və kəsişmələrində polis dəstələri tərəfindən nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir.