Demokratlar və Respublikaçılar partiyalarından olan bir qrup ABŞ senatoru Ukraynanın F-16 qırıcıları ilə təchizatı imkanlarını araşdırmaq xahişi ilə Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” parlamentarilərin məktubuna istinadən məlumat yayıb.
Məktub müəlliflərinin fikrincə, Kiyevə bu cür yardım döyüş bölgəsində Ukrayna Silahlı Qüvvələrinə üstünlük verəcək.
“Biz hesab edirik ki, ABŞ Ukraynaya F-16 təyyarələri verməyi ciddi şəkildə düşünməlidir. Bu, döyüş meydanında oyun qaydalarını dəyişə biləcək əhəmiyyətli bir fürsət olardı”, – ABŞ Müdafiə Nazirliyinə göndərilən məktubun mətnində yazılıb.
Ostindən də bu həftənin sonuna qədər cavab verməsi istənilib.