PUA qalıqlarını Rusiyanın əldə etməsinin qarşısını almaq üçün addımlar atılıb - Ağ Ev

08:33 - 15 Mart 2023 - DÜNYA

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatının (PUA) dağıntılarının səhv əllərə keçməsinin qarşısını almaq üçün addımlar atdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə CNN telekanalının efirində danışıb.

O qeyd edib ki, Amerika tərəfi öz əmlakını, yəni ABŞ-ın mülkiyyəti olan vurulmuş pilotsuz təyyarəni qorumaq üçün tədbirlər görüb. Belə ki, Kirbi Rusiya tərəfinin Qara dənizdə PUA qalıqlarına çıxış əldə etməsi ehtimalını şərh edib.

"Əlbəttə, biz onların bizim əlimizdən başqa heç kimin əlinə keçməsini istəmirik" - deyib.

Xəbər xətti