Aİ Moldova Silahlı Qüvvələrinə 40 milyon avro ayıracaq

00:13 - 15 Mart 2023 - DÜNYA

Aİ Moldova Silahlı Qüvvələrinə yardım üçün 40 milyon avro ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə EUobserver Avropa İttifaqının daxili sənədinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Avropa İttifaqı hakerlərə qarşı mübarizə üçün ölkəyə daha çox nəqliyyat avadanlığı, rabitə avadanlığı və proqram təminatı ötürmək niyyətindədir.

Nəşrin məlumatına görə, Moldovanın vəsaiti Avropa Sülh Fondundan təmin olunacaq.

Moldova Silahlı Qüvvələrinə Almaniya, Rumıniya, Böyük Britaniya və ABŞ da dəstək verir.

Xəbər xətti