Rusiya MN ABŞ PUA-sı ilə bağlı insidentə münasibət bildirib

22:53 - 14 Mart 2023 - DÜNYA

Rusiya Aerokosmik Qüvvələrinin nəzarət vasitələri səhər saatlarında Amerikanın MQ-9 pilotsuz təyyarəsinin Rusiya Federasiyasının dövlət sərhədi istiqamətində uçuşunu qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava hücumundan müdafiə qüvvələrinin növbətçi döyüşçüləri Qara dəniz üzərində müdaxilə edənin müəyyən edilməsi üçün havaya qaldırılıb.

Rusiya qırıcıları hava-desant silahlarından istifadə etməyib və Amerika pilotsuz təyyarəsi ilə təmasda olmayıb.

Kəskin manevr nəticəsində pilotsuz uçan aparat hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxıb və su səthi ilə toqquşub.

Xəbər xətti