Rusiyanın Vaşinqtondakı səfiri Antonov Qara dəniz üzərində insidentdən sonra ABŞ Dövlət Departamentinə çağırılıb
Ucnoqta.az xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Qara dəniz üzərində baş verən insidentlə bağlı ABŞ Dövlət Departamentinə çağırılıb. Bu barədə departamentin mətbuat katibi Ned Prays məlumat verib.
"Biz Rusiya səfirini çağırırıq" - Prays deyib. O qeyd edib ki, bu yüksək səviyyəli görüş martın 14-də “günortadan sonra” baş tutacaq. Xüsusilə, Amerika tərəfi Antonova “qeyri-peşəkar müdaxiləyə görə kəskin narazılığı” çatdırmaq niyyətindədir.
O bildirib ki, bundan əlavə, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi artıq Rusiya Xarici İşlər Nazirliyinə insidentlə bağlı “ciddi bəyanat” verib.
Martın 14-də Rusiyanın Su-27 qırıcısı Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz təyyarəsi ilə toqquşub. Pilotsuz təyyarə beynəlxalq sulara düşüb.