Ər-Riyad yeni kommersiya aviaşirkəti Ər-Riyad Hava Yolları üçün 121 "Boeing 787" Dreamliner sifariş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pye deyib.
Məlumata görə, Boeing "General Electric"in ən müasir Genex mühərrikləri ilə təchiz edilmiş 121-ə qədər "Boeing 787" Dreamliner istehsal etmək üçün Səudiyyə Ərəbistanı ilə iki müqavilə bağlayıb. Müqavilənin dəyəri təxminən 37 milyard dollar qiymətləndirilir.