Səudiyyə Ərəbistanı 121 "Boeing" təyyarəsi sifariş edir

18:57 - 14 Mart 2023 - DÜNYA

Ər-Riyad yeni kommersiya aviaşirkəti Ər-Riyad Hava Yolları üçün 121  "Boeing 787" Dreamliner sifariş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pye deyib.

Məlumata görə, Boeing "General Electric"in ən müasir Genex mühərrikləri ilə təchiz edilmiş 121-ə qədər "Boeing 787" Dreamliner istehsal etmək üçün Səudiyyə Ərəbistanı ilə iki müqavilə bağlayıb. Müqavilənin dəyəri təxminən 37 milyard dollar qiymətləndirilir.

Xəbər xətti