Ukraynaya məxsus MiQ-29 təyyarəsi vurulub

16:57 - 14 Mart 2023 - DÜNYA

Donetskdə Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurulub

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin  qırıcı təyyarəsi Donetskdə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısını vurub.

Bundan əvvəl də Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsini və Mi-8 helikopterinin vurulduğu bildirilirdi.

Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir.

Xəbər xətti