Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbini açıqlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Paşinyan mətbuat konfransında deyib. Paşinyan bildirib ki, respublika 2020-ci ildə Dağlıq Qarabağdakı müharibəni Ermənistan ordusunda beşinci kolona görə Azərbaycana uduzub.
“Şəxsi qənaətimə görə, ordumuzda beşinci kolon fəaliyyət göstərdiyi üçün müharibəni uduzmuşuq. Düşünürəm ki, bu faktlar yaxın vaxtlarda ictimailəşəcək”, - deyə baş nazir bildirib.