Etirazçılar Gürcüstan parlamenti qarşısında Aİ bayrağını yandırıblar

14:40 - 14 Mart 2023 - DÜNYA

Gürcüstanın "Mühafizəkarlar Hərəkatı"nın tərəfdarları Tbilisidə parlamentin yaxınlığında Avropa İttifaqının bayrağını yandırıblar.

Ucnoqta.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bayraq binanın yanında yerə qoyularaq yandırılıb. Onlarla etirazçı Avropa birliyinin yanan bayrağının ətrafına toplaşıb. 

Hərəkat tərəfdarları AB bayrağı əvəzinə Gürcüstanın bayrağını asıblar.

Qeyd edək ki, Aİ bayrağının korlanmasına görə 1000 lari (387 dollar) məbləğində cərimə tətbiq oluna bilər.

Xəbər xətti