KXDR qısa mənzilli ballistik raket buraxıb

12:19 - 14 Mart 2023 - DÜNYA

Koreya Xalq Demokratik Respublikasının (KXDR) qısa mənzilli ballistik raketləri 620 kilometr uçaraq Yapon dənizinə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb. 

Bundan əvvəl agentlik KXDR-in Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atdığını bildirmişdi. Ehtimal olunur ki, bunlar KN-23 tipli modifikasiya edilmiş raketlər ola bilər.

Bu, Şimali Koreyanın bu il beşinci ballistik raket buraxılışıdır.

Xəbər xətti