İstanbulda 900 polisin iştirakı ilə əməliyyat - 161 nəfər saxlanıldı

11:06 - 14 Mart 2023 - DÜNYA

İstanbulda keçirilən əməliyyatlarda 161 nəfər saxlanılıb.

Ucnoqta.az xəbər verri ki, İstanbul Təhlükəsizlik Müdirliyi narkotiklərlə mübarizə çərçivəsində səhər saatlarında şəhərin hər yerində yüzlərlə polis zabitinin iştirakı ilə "kökünü kəsmək əməliyyatı"nı həyata keçirib.

Əməliyyatdan sonra  açıqlama verən Daxili İşlər naziri Süleyman Soylu işin detallarını paylaşıb.

Nazir Soylu təxminən 16 ay ərzində həyata keçirilən əməliyyat çərçivəsində texniki izləmələrin və izlərin aparıldığını və 04.00-dan artıq bütün İstanbulda tədbirlərin həyata keçrildiyini bildirib.

"Hədəf 175 nəfər idi və 16 ay müddətinə edilən müvəqqəti həbslərdə ümumilikdə 106 nəfər saxlanılıb" - deyən nazir əməliyyatda 900 təhlükəsizlik işçisinin iştirak etdiyini bildirib..

Xəbər xətti