Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının yaratdığı müvəqqəti hökumət Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) yeni baş konsul təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.
Əvvəlki hökuməti təmsil edən diplomat rəsmən vəzifəsindən uzaqlaşdırılıb. Bu postu Taliban nümayəndəsi Əbdürrəhman Fida tutub.
Fevralın sonunda Taliban Əfqanıstanın Tehrandakı səfirliyinə və İstanbuldakı baş konsulluğuna yeni diplomatlar təyin edib.