İordaniya şahzadəsi evləndi: bayram bir həftə davam edib - FOTO

00:14 - 14 Mart 2023 - MAQAZİN

Martın 12-də Kral II Abdullah və Kraliça Ranianın böyük qızı və ikinci övladı olan İordaniya şahzadəsi II İman bint Abdullah Cəmil Aleksandr Termiotislə evlənib.

Ucnoqta.az "ArabNews"a istinadən xəbər verir ki, toy mərasimi Əmmandakı Beyt Əl-Urdon sarayında baş tutub. Şənlik yerli televiziya ilə canlı yayımlanıb.

Gəlinin buketi Bruney Sultanının qızı kimi qızıl və brilyantdan deyil, təzə çiçəklərdən hazırlanıb.

Şahzadə İmanın sevgilisi biznesmen və 2015-ci ildə təsis etdiyi Nyu-Yorkda yerləşən vençur kapitalı fondunun idarəedici tərəfdaşı Aleksandr Termiotisdir. Toydan əvvəl gənc Cəmil adını seçib.

Aleksandr Termiotis 1994-cü ildə Venesuelanın paytaxtı Karakasda anadan olub. Bəyin babası 1952-ci ildə Karakasdakı Qalipan ticarət mərkəzində ilk Dior butikini açması ilə tanınır. Bəlkə də bu, İmanın gəlinlik seçimi ilə bağlıdır, üstəlik, kraliça Raniyə də bu moda evinin libasında olub.


Xəbər xətti