ABŞ Pentaqonun 2024-cü maliyyə ili büdcəsi çərçivəsində 24 hipersəs raketi almağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin büdcə layihəsində deyilir.
İnvestisiyanın bir hissəsi olaraq “bir sıra yüksək ölümcül dəqiqlikli silahların çatdırılması” üçün 11 milyard dollarlıq 24 hipersəs raketinin alınması göstərilir.
Bundan əlavə, məlum olub ki, ABŞ hökumətinin 2024-cü ildə silah-sursat alışına xərcləri 2023-cü illə müqayisədə 12% artacaq. ABŞ müdafiə nazirinin müavini Ketlin Hiksin sözlərinə görə, 2024-cü ildə sursat xərcləri 30,6 milyard dollar olacaq.