Ukrayna silah alışına görə dünyada üçüncü olub

13:12 - 13 Mart 2023 - DÜNYA

Ən böyük silah idxalçıları reytinqində Ukrayna Qətər və Hindistanı qabaqlayaraq üçüncü yeri tutub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) rəsmi saytında dərc olunmuş illik hesabatında deyilir.

Hesabata görə, 2022-ci ilin fevralından sonra Ukrayna ABŞ və Aİ-nin yardımı ilə silah idxalını əhəmiyyətli dərəcədə artırıb.

ABŞ, Rusiya, Fransa, Çin və Almaniya 2018-2022-ci illər arasında silah ixrac edən ilk beş ölkə olmuşdu. 

Xəbər xətti