Rusiya silahlı qüvvələrinin son sutkada itkiləri açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, ötən gün daha 710 rusiyalı hərbiçi Ukrayna ilə müharibədə həlak olub. Beləliklə, Rusiya tərəfinin canlı qüvvə itkilərinin ümumi sayı 159800-ə çatıb.
Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 8 tank, 5 zirehli texnika məhv edilib.