Mixail Saakaşvilinin vəziyyəti ağırlaşıb

23:14 - 12 Mart 2023 - DÜNYA

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölüm astanasındadır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sky News” məlumat verib. Məlumata görə, jurnalistlər xəstəxanaya buraxılmayıb, lakin onlar vəkil vasitəsilə suallarını verə biliblər və yazılı cavablar alıblar.

"Əvvəlcə 120 kiloqram çəkim var idi, indi 64 çəkim var. 60-dan az olsam, həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar. Mən həmişə yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur", - Saakaşvili deyib.

Eks-prezidentin vəkili müvəkkilinin sözlərini təsdiqləyib və bildirib ki, indi Saakaşvili “konslager məhbusuna oxşayır”.

Xəbər xətti