Türkiyədə zəlzələlər nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb - Ərdoğan

21:08 - 12 Mart 2023 - DÜNYA

Ölkədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, yaralıların sayı isə 115 mini keçib.

“Ölənlərin sayının 48 minə çatdığı, yaralananların sayının 115 mini keçdiyi, 50 min binanın dağıldığı belə bir fəlakətə Türkiyədən daha sürətli reaksiya verə biləcək ölkə yoxdur” dedi.

Bundan əvvəl Türkiyənin mərkəzi hissəsində 4,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilirdi.

Xəbər xətti