Moskvada polis əməkdaşları Ukraynada qəsdən adam öldürməkdə və Rusiyada qanunsuz silah saxlamaqda şübhəli bilinən Azərbaycan əsilli idmançı Cabbar Yusifini saxlayıblar
Ucnoqta.az xarici mətbuata istinadənxəbər verir ki, Cabbar Yusifi İnterpol xətti ilə axtarışda olub.
Məlumata görə, Moskva Dairəvi yolunda yol polisinin nəzarət-buraxılış məntəqəsinin yol müfəttişləri avtomobilin sürücüsündən sənədləri yoxlamaq üçün dayanmağı tələb ediblər. O, tələblərə məhəl qoymadı və hərəkətə davam edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlamaq üçün atəş açmağa məcbur olublar. O, maşından qaçaraq həyətlərdə polislərdən gizlənməyə çalışsa da, havaya iki xəbərdarlıq atəşindən sonra təslim olub.
Onun sözlərinə görə, yoxlama zamanı saxlanılan şəxsin Azərbaycan əsilli, İnterpolun axtarışında olan idmançı Cabbar Yusifi olduğu müəyyən edilib.
Qeyd edilir ki, Azərbaycan yığmasından 2014-cü il Gənclər Olimpiadasının gümüş mükafatçısı 29 yaşlı Cabbar Yusifi Dneprdə bir nəfəri güllələdikdən sonra bir neçə il təhlükəsizlik orqanlarından gizlənib.