Türkiyədə zəlzələlərdən sonra 820 mindən çox bina istifadə edilə bilməz
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin şəhərsalma naziri Murat Kurum ölkənin cənub-şərqində fevralın 6-da baş verən zəlzələdən sonra 820 mindən çox binanın istismardan çıxarıldığını bildirib.
“Biz 11 əyalətdən 5-də dəymiş ziyanın qiymətləndirilməsini başa çatdırmışıq. Qiymətləndirmənin nəticələrinə əsasən, 1.706.000 binadan 821.302 binanın dağıldığı, dağılmaq ərəfəsində olduğu və ya orta dağılma dərəcəsində olduğu qənaətinə gəldik" - Kuruma deyib.
Qeyd edək ki, Türkiyədə dağıdıcı zəlzələlərin qurbanlarının sayı 48 min nəfərə çatıb.