Türkiyədə 820 mindən çox bina yararsız vəziyyətdədir

23:29 - 10 Mart 2023 - DÜNYA

Türkiyədə zəlzələlərdən sonra 820 mindən çox bina istifadə edilə bilməz

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin şəhərsalma naziri Murat Kurum ölkənin cənub-şərqində fevralın 6-da baş verən zəlzələdən sonra 820 mindən çox binanın istismardan çıxarıldığını bildirib. 

“Biz 11 əyalətdən 5-də dəymiş ziyanın qiymətləndirilməsini başa çatdırmışıq. Qiymətləndirmənin nəticələrinə əsasən, 1.706.000 binadan 821.302 binanın dağıldığı, dağılmaq ərəfəsində olduğu və ya orta dağılma dərəcəsində olduğu qənaətinə gəldik" - Kuruma deyib.

Qeyd edək ki, Türkiyədə dağıdıcı zəlzələlərin qurbanlarının sayı 48 min nəfərə çatıb.

Xəbər xətti