İrəvanın vitse-meri də daxil olmaqla 11 nəfər cinayət işi üzrə saxlanılıb
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, iş üzrə təqsirləndirilən şəxslərdən biri 2020-2022-ci illərdə Yerevanın vitse-meri Gevorq Simonyandır. Səhiyyə nazirinin müavini vəzifəsində çalışmış pandemiya dövründə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün Hökumətin Ehtiyat Fondundan ayrılan vəsaitin xərclənməsinə nəzarət vəzifəsini yerinə yetirməyib.
Nəticədə “Medline Clinic” BM-nin direktoru B. Ş. dələduzluq yolu ilə az qala 120 milyon dram (demək olar ki, 307 min dollar) mənimsəyib. O da bir qrup həkimlə birlikdə saxlanılanlar arasındadır.