Belarus prezidenti Aleksandr Lukaşenko martın 12-13-də İranda rəsmi səfərdə olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Belarus dövlətinin başçısı Tehranda İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq. Danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin bütün spektri üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və ticarət-iqtisadi əməkdaşlığa olacaq.