Rafael Qrossi ikinci müddətə AEBA-nın rəhbəri təyin edilib

14:01 - 10 Mart 2023 - DÜNYA

Rafael Qrossi ikinci müddətə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri təyin edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib.

Qrossinin səlahiyyətləri 2 dekabr 2027-ci il tarixinədək uzadılıb.

Qrossi 2019-cu ilin oktyabrında AEBA-nın rəhbəri təyin edilib. Keçmiş baş direktor Yukiya Amano 2019-cu ilin iyulunda vəfat edib.

Emin

Xəbər xətti