Rafael Qrossi ikinci müddətə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri təyin edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib.
Qrossinin səlahiyyətləri 2 dekabr 2027-ci il tarixinədək uzadılıb.
Qrossi 2019-cu ilin oktyabrında AEBA-nın rəhbəri təyin edilib. Keçmiş baş direktor Yukiya Amano 2019-cu ilin iyulunda vəfat edib.
Emin