Ursula fon der Leyen bu gün Ağ Evdə Baydenlə görüşəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Bildirilir ki, görüşdə Ukraynadakı müharibə, ticarət əlaqələrinin yaxşılaşdırılması, eləcə də ABŞ və Çin arasında gərginlik məsələsi gündəmdə olacaq.
Tərəflər Rusiyaya təzyiqin davam etdirilməsini, xüsusən də sanksiyalara əməl olunmasını və Rusiya ordusunun ehtiyacları üçün Rusiya Federasiyasına komponentlərin və çiplərin axınının qarşısının alınmasını müzakirə etmək istəyirlər.