Britaniya Ukraynaya "Patriot" HHM təhvil verib

11:15 - 10 Mart 2023 - DÜNYA

Kiyev artıq ABŞ və Almaniyanın vəd etdiyi iki "Western Patriot" hava hücumundan müdafiə sistemlərindən birini alıb

Ucnoqta.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, lakin Ukrayna Silahlı Qüvvələri hələ ki, buraxılış qurğusunu işə salmayıb.

Yaxın vaxtlarda Qərb ölkələrinin nümayəndələrinin Hollandiyadan daha bir neçə “Patriot” hava hücumundan müdafiə bölməsini təhvil verəcəyi də gözlənilir.

Qeyd edilir ki, Kiyev hələ də sürətlə hərəkət edən Rusiya ballistik raketlərinin qarşısını almaq üçün yer-hava tipli zenit silahlarına malik deyil.

Xəbər xətti