Rusiya silahlı qüvvələrinin daha 870 hərbçisi Ukraynada həlak olub
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, beləliklə Rusiya tərəfinin canlı qüvvə itkilərinin sayı 156990-a çatıb.
Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 7 tank, 6 zirehli texnika, 10 artilleriya sistemi, 3 MLRS, 2 hava hücumundan müdafiə sistemi, 1 təyyarə, 9 PUA, 34 qanadlı raket, 6 maşın, 3 ədəd xüsusi texnikası məhv edilib.