İtaliyanın Umbria bölgəsində, Perudca yaxınlığında 4,3-4,8 bal gücündə zəlzələ qeydə alınıb
Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Yeraltı təkanlar Florensiyada da hiss olunub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5,0 olub. Mənbə 2 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə hələ məlumat verilmir.