Gürcüstanda saxlanılan bütün etirazçılar sərbəst buraxılıb

21:52 - 9 Mart 2023 - DÜNYA

Martın 7-də və 8-də Tbilisidə parlamentin yaxınlığında keçirilən etiraz aksiyalarında inzibati xətalara görə saxlanılan bütün iştirakçılar azadlığa buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 Saxlanılanların bəziləri məhkəmə qarşısına çıxarılıb, qalan şəxslər isə qanunla müəyyən edilmiş istintaq təcridxanasında qalma müddətindən sonra azadlığa buraxılıblar.

Bildirilir ki, polis əməkdaşlarına qarşı zorakılığa görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin saxlanılması məqsədilə onların müəyyənləşdirilməsi işləri davam etdirilir.

Xəbər xətti