ABŞ və onun beynəlxalq REPO işçi qrupundakı müttəfiqləri ötən il ərzində Rusiya vətəndaşlarının 58 milyard dollardan çox məbləğdə aktivlərini dondurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən yayımlanan qrup nümayəndələrinin birgə bəyanatında deyilir.
REPO işçi qrupunun üzvləri sanksiyaya məruz qalan rusiyalıların 58 milyard dollardan çox aktivlərini bloklayıb və ya dondurub, bütün dünyada sanksiyaya məruz qalan Rusiya aktivlərini izləyib və sanksiyaya məruz qalan rusların beynəlxalq maliyyə sisteminə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.