ABŞ-nın B-52 bombardmançı təyyarələri Balkanlar üzərində uçdu

19:28 - 9 Mart 2023 - DÜNYA

Martın 9-da ABŞ-ın iki nüvə gücünə malik B-52 Stratofortress strateji bombardmançı təyyarəsi Balkanlar üzərində uçub.

Ucnoqta.az xarixi mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb.
ABŞ hərbçilərinin məlumatına görə, bombardmançılar həmçinin Odessa vilayətinin cənubunda, Ukrayna sərhədlərinə yaxın Rumıniyanın cənub-şərq hissəsinin ərazisi üzərində uçuşlar həyata keçirib.

Komandanlıqda qeyd olunan operativ bombardmançı qrupların missiyaları ABŞ-ın kollektiv müdafiəyə sadiqliyini nümayiş etdirmək, həmçinin müttəfiqlər və tərəfdaşlarla inteqrasiyanı nümayiş etdirmək üçün bütün dünyada həyata keçirilən adi əməliyyatlardır.

Xəbər xətti