İran məhkəməsi vurulan Ukrayna təyyarəsi ilə bağlı işə baxmağı yekunlaşdırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Ədliyyə Təşkilatının rəhbəri məlumat verib. Məlumata görə, yaxın vaxtlarda hökm çıxarılacaq.
“Hakimlərə bu mühüm iş üzrə qərəzsiz qərar vermək imkanı vermək lazımdır”, - qurum rəsmisi mümkün məhkəmə qərarı ilə bağlı vaxtından əvvəl açıqlamalardan da narazılığını bildirib.