Aİ ölkələri Ukrayna üçün artilleriya mərmilərinin tədarükünü sürətləndirməyə və daha çox sursat almağa razılaşıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə müdafiə nazirlərinin Stokholmda keçirilən görüşündə Avropa diplomatiyasının rəhbəri Cosep Borrell bildirib.
Bununla belə, onun sözlərinə görə, Aİ ölkələri hələ də “nəzəriyyədən praktikaya” necə keçəcəklərini başa düşməyiblər, çünki bir sıra həll olunmamış məsələlər var.
Plana görə, Ukraynaya mərmi göndərilməsi və yenilərinin alınması üçün Aİ ölkələri hər əməliyyata görə 1 milyard avro məbləğində maliyyə stimulları alacaqlar - göndərilməyə görə 1 milyard avro və yeni sursatların alınmasına görə 1 milyard avro.
Emin