Ukrayna Rusiya arasında müharibə yayda bitəcək - KİV

13:36 - 9 Mart 2023 - DÜNYA

Çin müharibənin yayda bitəcəyini düşünür, buna görə də "sülh planı" təqdim edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. Məlumata görə, Pekində Çin Kommunist Partiyasının nəzarətində olan aparıcı beyin mərkəzi “sülh planı”nın təqdimatından iki ay əvvəl hesabat yayıb.

Hesabatda qeyd edilir ki, müharibənin başa çatması 2023-cü ilin yayında gözlənilir və o vaxta qədər Ukrayna və Rusiya iqtisadiyyatları ciddi aşınmaya görə mübarizəni davam etdirə bilməyəcək. Bundan əlavə, hesabatda Rusiya Federasiyasının müharibədə qalib gələcəyi ehtimal edilir.

Bununla yanaşı, Çin müharibə edən tərəflərin heç biri ilə iqtisadi əlaqələrini itirmək istəmir və buna görə də “sülh planı” hazırlayıb. Nəşr qeyd edir ki, Si Cinpin sülh danışıqlarının təşəbbüskarı olmağa ümid edir və bu, onun beynəlxalq aləmdə nüfuzunu gücləndirməlidir.

Emin

Xəbər xətti