Gürcüstan müxalifəti mitinqləri davam etdirmək niyyətindədir

12:48 - 9 Mart 2023 - DÜNYA

Gürcüstan müxalifəti xarici agentlər haqqında qanunun ləğv edilməsinə baxmayaraq, mitinqləri davam etdirmək niyyətindədir

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə "Girçi - Daha Azadlıq" müxalifət partiyasının sözçüsü Tsotne Koberidze bildirib. Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsi ilə bağlı bəyanatına baxmayaraq, müxalifət nümayəndələri Tbilisidə mitinqləri davam etdirmək niyyətindədirlər.

Tsotne Koberidze həmçinin respublikanın hakimiyyət orqanlarından aksiyaların dağıdılması zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb ediləcəyini deyib

"Bu gün mütləq aksiya keçiriləcək, çünki "Gürcü Arzusu"na inanmayan çoxlu gənclər var. Ölkənin Qərbin bir hissəsi olmasının qarantı yalnız bizik. Bizə aydın izahat lazımdır. qanun layihəsini necə geri götürməyi planlaşdırırlar”, - Koberidze bildirib.

Xəbər xətti