Xarici agentlər haqqında qanun Gürcüstan parlamentindən çıxarılıb

11:09 - 9 Mart 2023 - DÜNYA

Hakim “Gürcü arzusu” partiyası xarici agentlər haqqında qanunun parlamentdən geri çəkildiyini bəyan edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası və “Xalqın Gücü” ictimai hərəkatı zorakı etirazlardan sonra xarici agentlər haqqında qanunu geri götürdüklərini bildiriblər. 

Qeyd edək ki, martın 6-da Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” xarici agentlər haqqında qanun birinci oxunuşda qəbul edilib.

Xəbər xətti