ABŞ-ın Qərbi Virciniya ştatında yük qatarı relsdən çıxıb, 3 nəfər xəsarət alıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, insident səhər saatlarında Sandstone kəndi yaxınlığında baş verib.
İlkin məlumata görə, bütün dörd qatar lokomotivi və doqquz boş kömür vaqonu relsdən çıxıb. Aparıcı lokomotivdə üç ekipaj üzvü olub.
Hadisə nəticəsində lokomotivlərdən “müəyyən olmayan miqdarda” yanacaq tökülüb.