Özbəkistan prezidenti Şavkat Mirziyoyev İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlət statusu alması ilə bağlı öhdəlik memorandumunu təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qətnamədə qeyd olunur ki, İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlət statusu almaq üçün öhdəlikləri haqqında memorandum təsdiq edilib.
Özbəkistan prezidenti həmçinin respublikanın Xarici İşlər Nazirliyinə qeyd olunan memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların Özbəkistan tərəfindən yerinə yetirilməsinə dair ŞƏT katibliyinə bildiriş göndərməyi tapşırıb.