Kamçatka yarımadasının cənub-şərq sahilləri yaxınlığında dənizdə sutka ərzində 5 bal gücündə ikinci zəlzələ qeydə alınıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin maqnitudası 5, ocağın dərinliyi 61 km olub.
Qeyd edək ki, bundan əvvəl səhər saatlarında həmin dəniz zonasında 5,5 bal gücündə zəlzələnin baş verdiyi bildirilirdi.