Kiyev Qərb silahlarından Rusiya ərazisinə hücumlar üçün istifadə etməyəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib. Zelenski Ukrayna tərəfinin Rusiya torpaqlarında maraqlı olmadığını dəfələrlə bəyan etdiyini vurğulayıb.
O qeyd ki, Kiyev Rusiya tərəfinin rəhbərliyi ilə danışıqlar aparmağı mümkün hesab etmir. Onun sözlərinə görə, Ukraynada Moskvanın sözünün üstündə dayanacağına inam yoxdur.
"Davam edən münaqişə üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Lakin diplomatik həll yalnız Rusiya qüvvələrini geri çəkdiyi təqdirdə mümkündür", - deyə Zelenski bildirib.
Emin