Gürcüstan prezidenti hakimiyyəti etirazçılara qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb

00:19 - 9 Mart 2023 - DÜNYA

Gürcüstan prezidenti Salome Zurabişvili çərşənbə günü ölkə hakimiyyətini xarici agentlər haqqında qanun layihəsinin qəbuluna qarşı etirazçılara qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Zurabaşvili CNN-ə müsahibəsində deyib:

"Qoy hakimiyyət başa düşsün ki, əhali ilə onlar arasında artdıqca artan məsafəni kəsmək üçün son şansları var. Onların qeyri-rəsmi rusiyayönlü qüvvə olmadıqlarını nümayiş etdirmək üçün son şansları var. Bu, onların avropayönlü olmağın boş sözlər deyil, məqsədləri olduğunu göstərmək üçün son şansdır. Qoy güc tətbiq etməkdən çəkinsinlər, mənim onlara buradan müraciətim budur”, - prezident bildirib.

Xəbər xətti