Tbilisidə xüsusi təyinatlılar aksiyanı su şırnaqları və gözyaşardıcı qazla dağıtmağa başlayıblar

23:46 - 8 Mart 2023 - DÜNYA

Tbilisidə xüsusi təyinatlılar parlamentin yaxınlığında keçirilən aksiyanı su şırnaqları və gözyaşardıcı qazla dağıtmağa başlayıblar.

Ucnoqta.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, xüsusi təyinatlılar Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan xarici agentlər haqqında qanunun qəbuluna etiraz edənləri dağıtmağa başlayıb. 

Təhlükəsizlik qüvvələrinin bunun üçün şırnaqlı su və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.
KİV-in məlumatına görə, onlar etirazçıları parlament binasının xidməti girişlərindən Rustaveli prospektinin əsas girişinə qədər itələyərək, etirazçıları daha da dağıtmaq üçün mövqelər tutublar.
Siren səsi eşidilir, hüquq-mühafizə orqanlarının əməkdaşları səsucaldandan istifadə edərək etirazçıları dağılışmağa çağırırlar.


Xəbər xətti