Böyük Britaniya Norveçin şimalında 10 il müddətinə hərbi baza açacaq
DW Britaniya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu bölmələr “arktika nizəsinin ucu” hesab olunur, onlar həddindən artıq soyuq şəraitdə döyüşə bilirlər. İngilis hərbi bazası Camp Viking Kral dəniz piyadalarını qəbul edəcək.
Baza Norveçin Tromso şəhərindən təqribən 65 km məsafədə, Arktika Dairəsindən kənarda yerləşir. Qeyd edilir ki, onun yerləşdiyi yer “bölgədəki təhdidlərin qarşısını almaq üçün idealdır, NATO-nun şimal cinahını qorumaq üçün zərurət yaranarsa, Böyük Britaniyaya tez reaksiya verməyə imkan verir”.