Bir həftə ərzində Ukrayna Almaniyadan daha iki Gepard özüyeriyən zenit silahı və iki zirehli patrul maşını alıb.
Ucnoqta.az xəbər verir ki, məlumat Ukrayna Müdafiə Nazirliyinin saytında dərc olunub.
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayanda AFR Ukrayna silahlı qüvvələrinə 34 belə qurğu verib.
Bundan əvvəl Almaniya Ukraynaya "Leopard-2" tanklarının tədarükü ilə bağlı dəqiq planların olmadığını açıqlamışdı.